Vaxt.Az

«Cim-Bom»un uruqvaylı ulduzu


 

Qalatasaray gənc futbolçu ilə prinsip anlaşması saxlayıb

«Cim-Bom»un uruqvaylı ulduzu Türkiyənin «Qalatasaray» klubu qış transferində olduğu kimi, mövsümün sonunda da dünyada gələcəyi parlaq olan gənc yetənəklərin tapılması və onların transferini planlaşdırır.

Qış transfer pəncərəsində 5-i gənc olmaqla 9 futbolçunu heyətinə qatan «sarı qırmızılı»lar mövsümün sonunda bu taktikanı davam etdirmək niyyətindədirlər.

Vaxt.az bildirir ki, türk mediasında klubun «skout» heyətinin bir futbolçunu artıq gözaltı etməsi barədə məlumatlar verilir. Hətta bəzi mənbələr 19 yaşlı futbolçuyla hər mənada anlaşma saxlandığını qeyd edir və ilkin müqavilə imzalamaq üzrə olduğunu da bildirirlər. Gələcəyin ulduzlarından hesab edilən bu futbolçu Uruqvayın «Defensor Sporting» klubunda forma geyir. «Qalatasaray»ın əsas qapıçısı Fernando Musleranın həmyerlisi həm hücumçu mövqeyində və həm də yarımmüdafiənin hər iki qanadlarında oynamağı bacarır.

Gorgion De Araskitlə (Giorgion De Arrascaete) Braziliyada keçiriləcək Dünya Çempionatından sonra rəsmi müqavilə imzalanacaq. Son mövsüm «Defensor Sportinq»də 26 oyunda forma geyən Gorgion 6 qol və 9 asistə adını yazdırıb. Gənc hücumçu bu göstərici ilə Uruqvay millisinə də yüksəlməyi bacarıb. Futbolçunun Mundialda daha çox parlaması gözlənilir.

 





02.04.2014    çap et  çap et