Vaxt.az xarici mətbuata istinadən xəbər verir ki, prezident baş verən faciədən sonra narazılığını bildirib və radikal qərarlara baş vuracağı xəbərdarlığını edib. Prezident açıqlamasında bildirib ki, «bundan sonra radikal azarkeş qruplarına malik olan «Nasional» və «Penarol» klublarının oyunları polis təhlükəsizliyi ilə təmin olunmayacaq».
Bu qərar Uruqvay Futbol Federasiyasında (UFF) şok effekti yaradıb. Qurumun idarə heyəti qərara etirazlarını bildirmək məqsədilə kütləvi istefaya qərar verib. Bundan başqa adıçəkilən klubun futbolçuları da təhlükəsizliyin olmayacağı təqdirdə meydançaya çıxmayacaqlarını bildiriblər.
Prezidentinin bu radikal qərarından sonra Uruqvay millisinin 2 ay sonra Braziliyada keçiriləcək Dünya Çempionatına qatılmaması riski yaranıb. UFF-da baş verənlərə FİFA da biganə qalmayıb. Kütləvi etiraz olayını nəzarəti altına alan qurum istefalarda ölkə rəhbərliyinin federasiyaya müdaxiləsini araşdıracaq. Xatırladaq ki, dövlət və hakimiyyət orqanlarının futbol federasiyalarının fəaliyyətinə müdaxilə məsələsinə FİFA olduqca həssas yanaşır.