Vaxt.Az

«Real»la «Cim-Bom»un Kol davası


 

33 yaşlı futbolçu uğrunda İstanbul klubu daha şanslı görünür

«Real»la «Cim-Bom»un Kol davası İngiltərənin «Çelsi» klubu müdafiəçisi Eşli Kol ilə yollarını ayırmaq qərarına gəlib. Mövsümün sonunda futbolçunun bonservisinin əlində olması bir çox Avropa klublarının ağızlarını sulandırıb.

Vaxt.az xarici mətbuata istinadən xəbər verir ki, Bu yarışda Türkiyənin «Qalatasaray» klubu ilə İspaniyanın «Real» (Madrid) klubu daha qızğın mübarizə aparır. Adanın məşhur «Daily Mirror» media qurumunun yazdığına görə, Eşli Kol türk klubuna bir köynək daha yaxın kimi görünür.

Türk mediası da «Cim-Bom»un adıçəkilən futbolçu ilə maraqlandığını təsdiqləyib. Hətta deyilənə görə, klubun baş məşqçisi Roberto Mançini də bu transferə yaşıl işıq yandırıb. Xatırladaq ki, 2001-ci ildən mütəmadi olaraq İngiltərə yığmasına dəvət alan sol kənar müdafiəçisi Eşli Kol 107 oyunda millinin formasını tərlədib.

 





03.04.2014    çap et  çap et