Vaxt.Az

Belçikada həyəcan siqnalı


 

Hava limanı boşaldılıb

Belçikada həyəcan siqnalı Belçikanın Şarlerua hava limanının “şübhəli baqaj” səbəbindən boşaldıldığı bildirilib.

Belçikanın fransız dilli ictimai televiziyası RTBF, Brüsseldən təxminən 60 kilometr cənubda yerləşən Şarlerua hava limanındakı gediş zalının boşaldıldığını açıqlayıb.

Bildirilib ki, baqajın təsnifatı bölməsində “şübhəli baqaj” aşkar edildikdən sonra evakuasiya prosesi “sakit və tez” həyata keçirilib.

Milli mətbuatda yer alan xəbərlərə görə, Şarlerua hava limanının baş direktoru Filip Verdonk hava limanının boşaldıldığı barədə məlumatı təsdiqləyib. Polis itlərinin reaksiyası nəticəsində baqajın şübhəli olduğu bildirilib.

Hava limanında bütün uçuşlar dayandırılıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə sərnişinlərin hava limanı qarşısında gözlədiyi anlar əks olunub.

Təxminən 1 saatlıq yoxlamadan sonra hava limanının yenidən açıldığı açıqlanıb.

 





13.07.2024    çap et  çap et