Vaxt.Az

Trampa sui-qəsd cəhdi


 

Mitinqdə çıxış zamanı odlu silahla vurulan ABŞ-ın keçmiş prezidenti başından qan axaraq tribunadan düşürülüb

Trampa sui-qəsd cəhdi ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Pensilvaniya ştatının Butler şəhərində keçirilən mitinqdə çıxış edərkən silah səsləri eşidilib.

Atışma səslərindən sonra Tramp danışdığı tribunanın arxasında qulağını tutaraq yıxılıb.

Trampın qulağından qan axmasına baxmayaraq, yeriyib, camaatı salamladığı anlar da kadrlarda əks olunub. ABŞ-ın keçmiş prezidenti məxfi xidmətin əməkdaşları tərəfindən hadisə yerindən uzaqlaşdırılıb.

Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Ağ Evdən verilən açıqlamada hadisə ilə bağlı ABŞ prezidenti Co Baydenin məlumatlandırıldığı bildirilib.

Digər tərəfdən, məxfi xidmətin açıqlamasında Trampın təhlükəsiz olduğu və hadisə ilə bağlı istintaq başladıldığı bildirilib.

Hadisədən sonra bir çox demokrat siyasətçi, eləcə də respublikaçılar Trampı dəstəklədiklərini bildiriblər. İsrailin baş naziri Binyamin Netanyahu və Macarıstanın baş naziri Viktor Orban sosial media hesablarından açıqlamalarında keçmiş ABŞ liderinin tezliklə sağalmasını arzuladıqlarını bildiriblər.

 





14.07.2024    çap et  çap et