Vaxt.Az

Sui-qəsdçi öldürülüb


 

FTB keçmiş ABŞ prezidenti Trampa hücumla bağlı araşdırmalara başlayıb

Sui-qəsdçi öldürülüb ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ-ın keçmiş prezidenti Donald Trampın Pensilvaniya ştatında seçkiqabağı kampaniyası zamanı ona hücumun təhqiqatını öz üzərinə götürüb.

FTB-nin rəsmi X hesabında hadisəylə bağlı açıqlama yayıb. Açıqlamada, büronun Pittsburq sahə ofisinin xüsusi agentləri, böhrana cavabdehlik daşıyanlar və dəlilləri araşdıran texniklər də daxil olan xüsusi qrupun hadisəyə dərhal müdaxilə etdiyi bildirilir.

Yazıda, “ABŞ məxfi xidmətindəki tərəfdaşlarımız, həmçinin əyalət və yerli hüquq-mühafizə orqanları ilə birlikdə FTB-nin bütün resursları ilə bu təhqiqata dəstək verməyə davam edəcəyik”, – deyilir.

FTB Donald Trampa terrorçunun kimliyini müəyyənləşdirməyə yaxın olduqlarını və məlumatların dəqiqləşməsindən sonra ictimaiyyətə açıqlama verəcəklərini bildirib.

FTB əməkdaşı Kevin Rojek Trampa hücumla bağlı mətbuat konfransı keçirib. Seçki mitinqində xalqdan dəstək gözlədiklərini ifadə edən Rojek, hadisəni sui-qəsd cəhdi kimi qiymətləndirdiklərini deyib.

Rojek hazırda hadisə yerində aktiv araşdırmanın davam etdiyini vurğulayaraq, hücumçunun məqsədinin də araşdırıldığını bildirib.

Kevin Rojek hücumçunun təkbaşına hərəkət edib-etməməsinin araşdırıldığını və hazırda əlavə təhlükə ilə bağlı heç bir dəlil olmadığını bildirib.

Fotoşəkillərin araşdırıldığını və təcavüzkarın şəxsiyyətinin müəyyən edilməsi üçün DNT analizlərinin aparıldığını bildirən Rojek, qəti məlumat əldə etdikdə mətbuatla paylaşacaqlarını bildirib.

Rojek hücum edənin hadisə zamanı öldürüldüyünü, mitinqdə 1 nəfərin öldüyünü, 2 nəfərin vəziyyətinin ağır olduğunu açıqlayıb.

Seçki mitinqi üçün FTB-dən əlavə dəstək tələb olunmadığını bildirən Rojek təhlükəsizlik pozuntusu olub-olmadığı ilə bağlı sualları cavablandırmaqdan yayınıb.

Pensilvaniya polisindən Corc Bivens hücum edənin kişi olduğunu bildirib.

 





14.07.2024    çap et  çap et