Bayden Trampa hücumdan sonra mətbuata qısa açıqlama verib.
Bu cür hadisələrə icazə verilməməsi lazım olduğunu vurğulayan Bayden, “biz buna heç vaxt göz yuma bilmərik”, – deyib.
ABŞ prezidenti hər kəsin bu zorakılığı qınamalı olduğunu bildirib.
Co Bayden fikrini “ABŞ-da bu cür xəstə zorakılığa yer yoxdur” sözləri ilə yekinlaşdırıb.
Baydenin bu gün yeni açıqlama verəcəyi gözlənilir.
***
ABŞ prezidenti Co Bayden prezidentliyə namizəd olan və Pensilvaniyada mitinq zamanı hücuma məruz qalan rəqibi Donald Trampa zəng edib.
Co Bayden telefon danışığında Donald Trampa keçmiş olsun deyib və tezliklə sağalmasını arzulayıb.