Vaxt.Az

“Ənənəyə çevrilib”


 

Rusiyalı rəsmidən Donald Trampa qarşı sui-qəsd cəhdinə özünəməxsus reaksiya

“Ənənəyə çevrilib” Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova “Rossiya-24” dövlət kanalında Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürən ABŞ-ın keçmiş prezidenti Donald Trampa silahlı hücumla bağlı açıqlama verib.

XİN rəsmisi Donald Trampa sui-qəsd cəhdindən sonra verdiyi açıqlamada ABŞ-da prezident və prezidentliyə namizədlərə qarşı sui-qəsdlərin ölkənin daxili siyasi həyatında “ənənə” olduğunu bildirib.

ABŞ prezidenti Co Baydenin ölkədə prezidentlərə, prezidentliyə namizədlərə, ictimai xadimlərə və siyasi xadimlərə qarşı sui-qəsd cəhdlərinin ABŞ-ın daxili siyasi həyatının ağrılı təzahürləri olduğunu bildirdiyini qeyd edən Zaxarova, “amma demədiyini demək istərdim. Bayden deyib ki, bu, yalnız ABŞ-ın daxili siyasi həyatıdır”, – deyib.

 





14.07.2024    çap et  çap et