Vaxt.Az

Tramp ucuz qurtulub


 

Sui-qəsd edən şəxsin evindən və maşınından bomba hazırlamaq üçün ləvazimatlar tapılıb

Tramp ucuz qurtulub ABŞ polisi keçmiş ABŞ prezidenti Donald Trampa sui-qəsd cəhdi edən və hadisə yerində öldürülən Tomas Metyu Kruksun evində və maşınında bomba hazırlamaq üçün istifadə edilən ləvazimatların tapıldığını açıqlayıb.

Bu barədə adının çəkilməsini istəməyən iki polis məmuru “Associated Press”ə (AP) verdiyi açıqlamada bildirib.

Kruksun sui-qəsd cəhdində istifadə etdiyi silahın atası tərəfindən təxminən 6 ay əvvəl alınmış ola biləcəyini ifadə edən polis rəsmiləri, terrorçunun silahı nə vaxt və necə əldə etdiyinə dair dəlil tapmağa çalışdıqlarını ifadə etdi.

Bu arada, səlahiyyətlilər, şübhəli Crooksun hücum zamanı şəxsiyyət vəsiqəsinin olmadığını və onun şəxsiyyətini təsdiqləmək üçün DNT və digər üsullardan istifadə etdiyini bildirdi.

***

ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürən keçmiş prezident Tramp Pensilvaniya ştatında keçirilən mitinqdə tribunadan tərəfdarları qarşısında çıxış edərkən silahla hücuma məruz qalıb.

Sağ qulağından yaralanan Trampın səhhətinin yaxşı olduğu bildirilib. Hücumda mitinqə qatılan 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

ABŞ Məxfi xidməti mitinq sahəsinin xaricindəki yüksək yerdən kürsüyə qədər dəfələrlə atəş açan terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

ABŞ Federal Təhqiqat Bürosu (FTB) hücumu sui-qəsd cəhdi kimi qiymətləndirib. Araşdırmalardan sonra FTB sui-qəsdə cəhd edən və hadisə yerində öldürülən şəxsin 20 yaşlı Tomas Metyu Kruks olduğunu açıqlayıb.

 





14.07.2024    çap et  çap et