Qeyri-hökumət təşkilatı (QHT) “Le Revers de la Medaille” fəalları Parisdə Olimpiya məşəlinin iki günlük turunun son dayanacağı Respublika meydanında aylardır davam edən “sosial təmizləmə”ni hədəf alan etiraz aksiyası keçiriblər.
Olimpiadaya hazırlıq çərçivəsində paytaxtda qeyri-qanuni mühacirlərin məskunlaşdığı bir çox binanın boşaldılmasına etiraz edən nümayişçilər Respublika Meydanında Olimpiya məşəlini qarşılamaq üçün təşkil edilən konsertdə bir araya gəlib.
Konsert səbəbiylə çox sayda vətəndaşın olduğu meydanda bir binada rəngli tüstü bombaları ilə nümayiş keçirən aktivistlər “Olimpiya Oyunları = 12 min evakuasiya” yazılı pankart açıblar.
Ölkədə 80-dən çox assosiasiya və QHT aylardır ki, olimpiada öncəsi paytaxt küçələrində aparılan “sosial təmizləmə”yə etiraz edir.