Vaxt.Az

Yunanıstan Kiprdə dəniz bazası tikəcək


 

İki müdafiə naziri razılığa gəlib

Yunanıstan Kiprdə dəniz bazası tikəcək Yunanıstan, ötən illərdə Fransa və İsrailin də maraqlandığı Kipr yunan hissəsinin patrul gəmilərinin yanaşdığı Mari limanında döyüş gəmilərini yerləşdirmə qabiliyyətinə malik hərbi dəniz bazası yaratmağa qərar verib.

Adanın yunan administrasiyasını ziyarət edən Yunanıstan müdafiə naziri Nikos Dendias və adanın lideri Nikos Hristodulidis dəniz bazası ilə bağlı razılığa gəliblər. Yunanıstanın müdafiə naziri Nikos Dendias 15 iyul 1974-cü ildə Kiprdə xuntanın Türkiyənin Sülh Əməliyyatına səbəb olan çevrilişinin ildönümü tədbirlərinə qatılmaq üçün Kipr yunan rəhbərliyi ilə bir sıra təmaslar keçirdi.

Adanın yunan hissəsinin lideri Nikos Hristodulidislə görüşən, daha sonra müdafiə naziri Vasilis Palmas ilə görüşən Dendias Larnaka şəhəri yaxınlığındakı Mari limanının böyük döyüş gəmilərinin yanaşa biləcəyi hərbi bazaya çevrilməsi məsələsini müzakirə edib. Yunanıstanın “Fileleftheros” qəzetinin məlumatına görə, Dendias müdafiə naziri Palmas ilə görüşündən sonra “Maridə dəniz bazası qurmaq prioritetlərimiz arasındadır” deyib. Vasilis Palmas, “Dəniz bazası ilə bağlı mövcud layihəmizin həyata keçirilməsində razılaşdıq”, – deyib. Bildirilib ki, noyabrda Yunanıstan və Kiprin yunan administrasiyası arasında keçiriləcək hökumətlərarası görüşdə dəniz bazası müzakirə olunacaq.

Kipr adasının cənubundakı Larnaka şəhəri yaxınlığında yerləşən Mari limanı bu gün Yunan dəniz patrul gəmilərini qəbul edir. Liman kiçik və dərinliyi dayaz olduğu üçün böyük gəmilər yanaşa bilmir.

 





17.07.2024    çap et  çap et