Vaxt.Az

Əcdadlarımızdan qalan “yadigar”


 

Qədim insanların üzləşdiyi çəkdiyi yoluxucu xəstəliklər müasir xərçəngə necə səbəb olur?

Əcdadlarımızdan qalan “yadigar” Yeni araşdırma göstərir ki, qədim insan əcdadlarımıza yoluxmuş viruslardan qalan DNT fraqmentləri aktivləşərək müasir insanlarda xərçəngə səbəb ola bilər. İnsan genomu on milyonlarla il əvvəl primat əcdadlarımızı yoluxdurmuş viruslardan qalan DNT fraqmentləri də daxil olmaqla vücudun əsas yaradıcı blokları kimi xidmət edən 20.000-dən çox gen ehtiva edir. Keçmiş araşdırmalara görə, belə virus DNT-si insan genomunun təxminən 8 faizini təşkil edir.

Bu DNT fraqmentləri əcdadlarımızın vücuduna daxil olan və onların bədənlərini genetik materiallarını köçürməyə və daşımağa inandıran qədim virusların qalıqları idi.

Zamanla bu DNT fraqmentləri insan sperma, yumurta və embrionlarına sızdı və gələcək nəsillər üçün fosil qeydləri kimi bədənimizə emal edildi və bu prosesdə insanın təkamülünü formalaşdırdı.

Məsələn, elm adamları bu yaxınlarda kəşf ediblər ki, bu qədim DNT fraqmentləri, “Covid-19” pandemiyasına səbəb olan koronavirus kimi müasir patogenlərə qarşı immun reaksiyalarımıza kömək edir.

Lakin “Science Advances” akademik jurnalında dərc edilən yeni araşdırma göstərir ki, bu “tullantı DNT” hissəcikləri yenidən oyandıqda xərçəngin canlı qalması və daha da güclənməsində mühüm rol oynaya bilər.

Boulderdəki Kolorado Universitetinin tədqiqatçıları deyirlər ki, bu tullantı DNT-ni susdurmaqla xərçəng müalicələrində daha keyfiyyətli nəticə almaq olar.

Tədqiqat həmmüəllifi Edvard Çuonq deyib: "Bizim araşdırmamız göstərir ki, bugünkü xəstəliklər çox az tədqiqatçının indiyədək diqqət yetirdiyi qədim virus infeksiyalarından əhəmiyyətli dərəcədə təsirlənə bilər”.

Xüsusilə, bu yeni tədqiqat insanlarda virus DNT fraqmentlərinin ətrafdakı genləri aktivləşdirən “açar” kimi fəaliyyət göstərə biləcəyini müəyyən edib.

“Endogen retrovirusların bizə fayda gətirmək üçün əhliləşdirilə biləcəyini göstərən bir çox araşdırma var, lakin onların bizə necə zərər verə biləcəyini göstərənlərsə heç yoxdur”, – Çuonq deyib.

Tədqiqatçılar araşdırmalarda ictimaiyyətə açıq məlumatlarda 21 insan xərçənginin genomik məlumatlarını dəyərləndirdilər.

Təxminən 30 milyon il əvvəl bəzi primatları yoluxdurmuş “LTR10” kimi tanınan virusun xüsusi ştamının ağciyər xərçəngi kimi xəstəliyin müxtəlif növlərində də yüksək aktivlik göstərdiyini aşkar ediblər.

Bağırsaq xərçəngi xəstəsi olan onlarla şişin təhlili bu “LTR10 DNT”nin şişlərin təxminən üçdə birində aktiv olduğunu ortaya qoyub.

Araşdırmanın digər müəllifi Atma İvançeviç əlavə edib: “Biz aşkar etdik ki, xərçəng hüceyrələrində bu retrovirusu susdurduğunuz zaman o, yaxınlıqdakı gen daşıyıcılığını da söndürür”.

Tədqiqatçılar, şiş hüceyrələrindən “LTR10 DNT” çıxarıldıqda şişləri kiçildən müalicələrin daha təsirli olduğunu müşahidə ediblər.

Onlar şübhələnirlər ki, insanlar yaşlandıqca və bədənin təbii müdafiəsi zəiflədikcə onların genomlarında gizlənmiş köhnə viruslar yenidən oyanaraq sağlamlıq problemlərinə səbəb ola bilər.

Elm adamları, tapıntıların xərçəngdə yeni müalicə yanaşmalarına yol aça biləcəyini düşünürlər.

“Xəstəliklərin hüceyrədə necə yaranmasının mənşəyi həmişə sirr olub. Endogen retroviruslar hekayənin böyük bir hissəsi ola bilər, lakin bütün hekayənin deyil”, – Çuonq deyib.

 





20.07.2024    çap et  çap et