Vaxt.Az

Yanan da yunan, yaman da


 

72 yaşlı qocaya 37 ay həbs cəzası verilib

Yanan da yunan, yaman da Yunanıstan meşə yanğınları ilə mübarizə aparır. Son 24 saat ərzində ölkə daxilində 45 meşə sahəsində yanğınlar baş verib. Havadan və qurudan yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə onlardan 31-i nəzarətə götürülüb, 14 meşə yanğınının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Bu barədə ölkənin yanğınsöndürmə briqadasının açıqlamaya verib.

Digər tərəfdən, iyulun 18-də Korinfin Velos bölgəsində baş verən meşə yanğını ilə əlaqədar 72 yaşlı bir şəxsin həbs edildiyi bildirilib.

Yunan mətbuatında yer alan xəbərdə yanğını törətdiyini etiraf edən qocaya 37 ay həbs cəzası verildiyi bildirilib.

 





20.07.2024    çap et  çap et