Vaxt.Az

“Dialoqa hazırıq”


 

Baş terrorçu Ankara-Şam yaxınlaşmasından qorxdu

“Dialoqa hazırıq” Terror təşkilatı PKK-nın Suriyadakı qolu olan PYD/YPG-nin rəhbəri Məzlum Abdi kod adından istifadə edən Ferhad Abdi Şahin Türkiyə ilə Suriya arasında normallaşma addımlarının atıldığı bir vaxtda Ankaraya çağırış edib.

Terrorçu Abdi, “Türkiyə də daxil olmaqla bütün güclərlə dialoqa hazırıq” deyərək, “münaqişələrin dayandırılmasına və böhranın siyasi həllinə səbəb olacaq istənilən dialoqu dəstəkləyəcəyik”, – deyib. Onlarsız Suriyada heç kimin razılaşma əldə edə bilməyəcəyini iddia edən terrorçubaşı “paltarının altından dəyənək” göstərməyə çalışaraq, “bizimlə heç kim döyüşmürsə, biz də onlarla döyüşməyəcəyik. Lakin hər hansı bir qüvvə bizə hücum edərsə, biz özümüzü keçmişdə olduğu kimi, amma daha da güclü şəkildə müdafiə olunacağıq”.

Digər tərəfdən, Suriyanın terror təşkilatının nəzarətində olan şimal-şərqin bölgələrində ümumi amnistiya elan edilib. Bir qrup İŞİD üzvünün də daxil olduğu əsirlər təşkilata yaxın tayfaların zəmanətilə  azadlığa buraxılacağı iddia edilib.

 





21.07.2024    çap et  çap et