Koloradoda təhlükəsizlik forumunda çıxış edən Blinken, “Mövcud vəziyyət yaxşı deyil, çünki İran nüvə sazişinin sona çatması səbəbindən nüvə bombası üçün parçalana bilən material istehsal etmək üzrədir. İndi yəqin ki, bunun bitməsinə bir-iki həftə qalıb”.
“Tehran hələ nüvə silahı yaratmayıb, lakin biz bunu çox diqqətlə izləyirik, çünki son həftələrdə və aylarda gördüyümüz odur ki, onlar bu nüvə proqramı ilə irəliləyirlər”, – ABŞ dövlət katibi deyib.
Beynəlxalq Atom Enerjisi Agentliyi bildirir ki, İran nüvə silahı olmayan yeganə ölkədir ki, uranı 60 faizədək zənginləşdirir.