Vaxt.Az

Bayden öz yerinə Harrisi təsdiqlədi


 

Trampın cavabı gecikmədi: “Xidmət etməyə yaraşmırdı”

Bayden öz yerinə Harrisi təsdiqlədi Preizdentliyə namizədlikdən geri çəkilmə qərarı ilə bağlı yaxın günlərdə ictimaiyyətə müraciət edəcəyini bildirən Bayden, həmçinin vitse-prezident Kamala Harrisə “fövqəladə ortaqlığı” üçün təşəkkür edib. Bayden Amerika xalqına etimad və inamlarına görə təşəkkür edərək, “Amerikanın birləşdiyi müddətcə, əldə edə bilməyəcəyi heç bir şey yoxdur”, – deyib.

ABŞ prezidenti Bayden seçki yarışından geri çəkildikdən sonra vitse-prezident Kamala Harrisi namizəd kimi təsdiqlədiyini və dəstəklədiyini açıqlayıb.

***

ABŞ prezidentliyinə namizəd Tramp sosial media platformasında verdiyi açıqlamada deyib: “Saxtakar Co Bayden prezidentliyə namizəd olmaq üçün uyğun deyildi və o, əlbəttə ki, xidmət etməyə yaraşmır və heç vaxt da olmayıb. O, prezidentlik məqamına yalan, saxta xəbərlər və zirzəmisindən çıxmadan nail oldu. Ətrafındakı hər kəs, o cümlədən həkimi və mediası onun prezident ola bilməyəcəyini bilirdi, olmadı da. İndi görün, milyonlarla insanın sərhədlərimizdən keçməsi, tamamilə nəzarətsiz və yoxlanılmadan keçməsi, bir çoxunun həbsxanalardan və ruhi xəstəxanalardan gəlməsi və içərilərində rekord sayda terrorçu olması ilə ölkəmizə nə edib. Biz onun prezidentliyinə görə çox əziyyət çəkəcəyik, lakin onun vurduğu zərəri çox tez aradan qaldıracağıq. Gəlin Amerikanı yenidən böyük edək”, – deyib.

Rusiya Xarici İşlər Nazirliyinin Mariya Zaxarova sözçüsü Baydenin geri çəkilmə qərarı ilə bağlı açıqlama verib: “Baydenin seçki yarışından çəkildiyini elan edən yazılı açıqlamasından sonra atılacaq növbəti addım bir siyasi partiyanın tərəfdarı olaraq Baydenin psixi vəziyyəti ilə bağlı faktları manipulyasiya edərək gizlədən ictimaiyyəti aldadan ABŞ mediası və siyasi dairələrinin sövdələşməsidir”, – deyib.

 





21.07.2024    çap et  çap et