Vaxt.Az

“Dövlət sərhədindən geri dönüb”


 

ABŞ və Rusiya arasında təhlükəli gərginlik

“Dövlət sərhədindən geri dönüb” Rusiya Müdafiə Nazirliyi, Barents dənizi üzərində ABŞ-ın iki “B-52H” bombardmançı təyyarəsini aşkar etdikdən sonra Rusiyanın “Miq-29” və “Miq-31” qırıcı təyyarələrini havaya qaldırdığını bildirib.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada, Barents dənizi üzərində Rusiya hava məkanına nəzarət vasitələrinin Rusiya Federasiyasının dövlət sərhədinə yaxınlaşan bir qrup hava hədəfi aşkar etdiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, Rusiya hava hücumundan müdafiə qüvvələrinə məxsus “Miq-29” və “Miq-31” döyüş təyyarələri hava hədəfinin kimliyini öyrənmək və dövlət sərhədinin pozulmasının qarşısını almaq üçün havaya qalxıb. Qırıcılar hava hədəfinin ABŞ Hərbi Hava Qüvvələrinə aid bir cüt “B-52H” strateji bombardmançı təyyarəsi olduğunu müəyyən edib. Rusiya qırıcıları yaxınlaşdıqca, ABŞ bombardmançıları Rusiya Federasiyasının dövlət sərhədindən geri dönüb”, – bəyanatlarda bildirilir.

Açıqlamada, Rusiya təyyarələrinin təhlükəsiz şəkildə öz anqarlarına qayıtdığı və sərhədin pozulmasına icazə verilmədiyi bildirilib: “Rusiya döyüş təyyarələrinin uçuşu neytral sular üzərində hava məkanı beynəlxalq qaydalara və istifadə ilə bağlı təhlükəsizlik tədbirlərinə tam uyğun olaraq həyata keçirilib”, – ifadəsi işlədildi.

 





22.07.2024    çap et  çap et