Vaxt.Az

10 hədəf bombalanıb


 

İsrail “Hizbullah”a zərbə vurmağa başladı

10 hədəf bombalanıb İsrail ordusu bu gün (çərşənbə axşamı) Livanın cənubundakı təxminən “Hizbullah” terror təşkilatının 10 hədəfini bombaladığını və bir üzvünü öldürdüyünü açıqladı.

Ordudan verilən açıqlamada dünən axşam saatlarından etibarən Livanın cənubunda 7 bölgədə Hizbullaha aid 10-a yaxın terror hədəfi vurulduğu və bir terrorçunun öldüyü bildirilib. İsrail şənbə günü Suriyanın işğal olunmuş Qolan ərazisindəki Məcdel Şəms qəsəbəsində 12 uşağın ölümünə səbəb olan raket hücumuna görə məsuliyyət daşıdığı “Hizbullah”a sərt cavab verəcəyini açıqlasa da, terror təşkilatı bu hadisə ilə hər hansı əlaqəni təkzib edib.

İsraillə “Hizbullah” arasında münaqişənin qaçılmaz olduğuna inanmadığını bildirən ABŞ-ın müdafiə naziri Lloyd Ostin Vaşinqtonun hadisələrin diplomatik yollarla həllini istədiyini bildirib.

Ostinin bu açıqlamaları bu gün Manilada ABŞ dövlət katibi Antoni Blinken və filippinli həmkarları Cilberto Teodoro və Enrike Manalonun iştirak etdiyi təhlükəsizlik danışıqlarından sonra keçirilən birgə mətbuat konfransında səsləndirilib.

 





30.07.2024    çap et  çap et