Taylandda Konstitusiya Məhkəməsi İrəli Hərəkat Partiyasının (MFP) Cinayət Məcəlləsinin “Lese Majeste” kimi tanınan 112-ci maddəsinin dəyişdirilməsi üçün kampaniya apardığı səbəbi ilə bağlanacağını açıqlayıb.
Taylandın Konstitusiya Məhkəməsi müxalifətdə olan İrəli Hərəkat Partiyası ilə bağlı qərarını açıqlayıb. Məhkəmə partiyanın “Lese Majesteni əvəzləmək üçün kampaniya apardığını” əsas gətirərək bağlanmasına qərar verib.
Taylandda Məhkəmə, 14 may 2023-cü ildə keçirilən seçkidə birinci olan MFP-nin keçmiş lideri Pita Limjaroenratın seçki kampaniyası zamanı “Lese Majeste”nin dəyişdirilməsi ilə bağlı ifadələri ilə “konstitusiya monarxiyasını devirməyə çalışdığına” qərar verib.
Bundan sonra, yanvar ayında “Lese Majeste”nin dəyişdirilməsini müdafiə edən bütün çıxışlar, məqalələr və bəyanatlar faktiki olaraq qadağan edilib. Cinayət Məcəlləsinin 112-ci maddəsinə (Lese-Majeste) (Krala xəyanət) əsasən, monarxiyanı tənqid edənlərə ağır həbs cəzası verilə bilər.