“Koryo Tours”dan Simon Kokerell mətbuata bunları söyləyib: “Bir neçə saat əvvəl Milli Turizm Administrasiyasındakı tərəfdaşlarımız bizə dekabr ayında müəyyən bir ərazinin bütün millətlərin nümayəndələri üçün açılacağını bildirdilər. Bu ərazi ölkənin ucqar şimalında, Çin sərhədi və Şimali Koreyanın ən yüksək dağı Pektu yaxınlığında yeni tikilmiş turizm kompleksi Samjiyondur. Bu, ölkə qapılarının əvvəlki kimi yenidən açılması deyil. Sadıəcə indiyədək qaranlıq qalan bir bölgənin spesifik açılışıdır”.
Yapon işğalına qarşı müqavimət zamanı istifadə edilən müxtəlif partizan bazalarına ev sahibliyi etdiyi və eyni zamanda Kim Çen İrin doğulduğu yerdir. Beləliklə, bu bölgədə Şimali Koreyalıların inqilabi tarix adlandırdıqları çox şey var.
Kokerell, Samjiyona girişin Çinin şimalında əvvəllər heç bir Qərb turistinin istifadə etmədiyi quru keçidi ilə olacağını söyləyib. Şimali Koreyanın hazırkı lideri Kim Çen In “COVİD-19” pandemiyası dövründə ölkələr arasında sərhədlərin bağlanması ilə bağlı verdiyi ən sərt qərarlarla seçilib.
“Bu, dünyanın əksər insanlarının yaşadıqlarından daha real, möhkəm bir karantin idi”, – Kokerell deyib.
Son bir il ərzində onlar yavaş-yavaş bəzi geri qayıdan diplomatlara və bəzi səyahət edən rus turist qruplarına bəzi ticarət qapılarını açdılar. Lakin bu, Şimali Koreyanın Rusiyanın müharibə səylərinə dəstəyi ilə bağlıdır.
Böyük Britaniya Xarici İşlər Nazirliyi Britaniya vətəndaşlarına Şimali Koreyaya səfər etməmək barədə xəbərdarlıq edib: “Şimali Koreyada konsulluq dəstəyi ala bilməzsiniz. Mümkün fəaliyyətlər barədə səlahiyyətlilərin əvvəlcədən xəbərdarlığı olmadan təhlükəsizlik vəziyyəti sürətlə dəyişə bilər. Bu, Britaniya ziyarətçiləri və sakinləri üçün əhəmiyyətli risklər yaradır”.
Lakin Kokerell, turizmin “yalnız müsbət şeylər gətirə biləcəyini” və ziyarətçilərin “gözləri və ağılları aça biləcəyini və bunlar təşviq edilməli olan şeylər olduğunu”, – söyləyib. “İzolyasiyanın həlli daha çox izolyasiya deyil”.