Vaxt.Az

“Gün ərzində 1-3 kilometr irəliləmişik”


 

“Əsir mübadiləsi fondumuzu doldurmağa davam edirik”

“Gün ərzində 1-3 kilometr irəliləmişik” Ukrayna Baş Qərargahının bəyanatına görə, Sirski prezident Vladimir Zelenskiyə videokonfrans vasitəsilə cəbhə xəttindəki vəziyyət və Kursk bölgəsindəki əməliyyatlarla bağlı hazırlanan hesabat barədə məlumat verib.

Ukrayna ordusunun Kurskdakı hərəkətlərini izah edən Sirski, “hücum qrupunda olan əsgərlərimiz Rusiyanın Kursk vilayətinin müxtəlif məntəqələrində 1-3 kilometr irəliləyib. Bütün cəbhə xətti boyunca toqquşmalar davam edir. Ümumilikdə vəziyyət nəzarət altındadır”, – deyib.

Hazırda Kursk vilayətinin Suca rayonunun Malaya Loknya kəndi yaxınlığında qarşıdurmaların davam etdiyini bildirən Sirski, “ümid edirəm ki, orda da çox sayda əsir tutacağıq. Əsir mübadiləsi fondumuzu doldurmağa davam edirik”, – deyib.

General-mayor Eduard Moskalevin dünən Kursk vilayətində yaradılan hərbi komandanlıq mərkəzinin rəisi vəzifəsinə başladığını bildirən Sirski, “hər şey təmin olunub. Logistika sistemi problemsiz işləyir”, – deyib.

 





16.08.2024    çap et  çap et