Ölkənin Busan şəhərində ən aşağı temperatur 26,6 dərəcə ilə ardıcıl 23-cü “tropik gecə” yaşanıb.
Beləliklə, Seulda müasir meteoroloji müşahidələrin başladığı 1907-ci ildən bəri ən uzun ardıcıl “tropik gecələr” rekordunun qırıldığı qeydə alınıb. Tropik gecə temperaturun 25 dərəcə və ya daha yüksək olduğu zaman saat 18:00-dan ertəsi gün səhər saat 09:00-a qədər baş verir.
Cənubi Koreya Meteorologiya İdarəsi 2018-ci ildə “ən isti iyun” olaraq qeydə alınan temperatur rekordunun qırıldığını açıqlayıb.
Açıqlamada həddindən artıq istilər səbəbilə Seul da daxil olmaqla ölkə daxilində 92 bölgədə həyəcan təbili çalındığı, iyul-avqust dövründə temperaturun daha da artdığı bildirilib.