Vaxt.Az

“Hizbullah”ın silah anbarı vurulub


 

İsrailin hava hücumunda yüksək rütbəli terrorçu da məhv edilib

“Hizbullah”ın silah anbarı vurulub İsrail Livanın şimal-şərqindəki Baalbek bölgəsindəki Nəbi Çit kəndi yaxınlığındakı hava hücumunda “Hizbullah” terror təşkilatının silah anbarlarını vurduğunu açıqlayıb.

İsrail ordusu həmçinin Livanın cənubundakı Duhur əl-Ayrun bölgəsində dünən səhər saatlarında bir PUA hücumunda bir terror təşkilatının bir üzvünün öldürüldüyünü bildirib. Məhv edilən terrorçu “Hizbullah”ın raket bölməsinin aparıcı simalarından olan Hüseyn Əli Hüseyn olduğunu açıqlayıb.

Livanın rəsmi xəbər agentliyi NNA İsrail döyüş təyyarələrinin Baalbek şəhərində 3 qəsəbəyə hava hücumu təşkil etdiyini təsdiqləyib.

Baalbekdəki Duhur əl-Ayrun, Curud Nəbi Çit və Süheyla qəsəbələrinin bir-birinin ardınca hədəfə alındığı, Livan səmasında İsrail PUA-larının göründüyü bildirilib.

 





20.08.2024    çap et  çap et