Vaxt.Az

Qərar Nqemanın özünə də şamil olunur


 

Keçid dövrü prezidenti məmurlara xaricdə tətilləri qadağan edib

Qərar Nqemanın özünə də şamil olunur Qabonda dövlət çevrilişi ilə hökuməti ələ keçirən keçid dövrü prezidenti Bris Klotayr Oliqi Nqema hökumət üzvlərinə xaricdə istirahət etməyi qadağan edib.

Ölkəni gəzərək insanların problemlərini dinləyən Nqemanın qadağaları dövlət televiziyasında elan edilib.

Qərara əsasən, keçid dövrünün dövlət məmurlarına “vətəndaşlarının reallıqlarına və gözləntilərinə öyrəşmək” məqsədilə xaricə tətilə getmələri qadağan edilib.

Məhdudiyyətlər barədə xəbər çevrilişin birinci ildönümünə bir neçə gün qalmış gəlib.

Müvəqqəti hökumətin sözçüsü “Bu tədbirin məqsədinin yerli əhali ilə yaxınlaşmanı təşviq etmək olduğunu” izah edərək, istisnaların yalnız fors-major hallarda və ya sağlamlıq səbəbi ilə ediləcəyini bildirib.

Qərarın Nqemaya da şamil ediləcəyi açıqlanıb, lakin onun rəsmi məqsədlərlə xaricə getmək hüququnun olacağı təxmin edilir.

Bildirilir ki, Nqema Mərkəzi Afrika ölkəsində hakimiyyəti ələ keçirdikdən sonra ilk dəfə gələn il keçiriləcək seçkilərdə prezidentliyə namizəd olmaq üçün zəmini yumşaltmağa çalışır.

Bununla belə, Nqemanın 2025-ci ildə keçirilməsi planlaşdırılan seçkilərdə ölkənin ən yüksək vəzifəsinə namizəd olub-olmayacağı ilə bağlı heç bir açıqlama verilməyib.

 





20.08.2024    çap et  çap et