Vaxt.Az

Rusiya Ukrayna sərhədinə qüvvə yığır


 

Belqorod, Kursk və Bryanskda 3 yeni hərbi hissə yaradılıb

Rusiya Ukrayna sərhədinə qüvvə yığır Rusiya Müdafiə Nazirliyi Ukrayna ilə həmsərhəd olan Belqorod, Kursk və Bryansk rayonlarında 3 yeni hərbi hissə yaradıldığını açıqlayıb.

Rusiyanın müdafiə naziri Andrey Belousov sərhədyanı rayonların hərbi təhlükəsizliyi üzrə koordinasiya şurasının iclasında 3 rayonun administratorları, 3 bölmənin komandirləri və nazirlikdəki məsul şəxslərlə 24 saat birbaşa əlaqənin təmin edildiyini bildirib.

Koordinasiya Şurasının hər tapşırığı üçün gündəlik icradan məsul vəzifəli şəxsin müəyyən edildiyinə diqqət çəkən Belousov, “Əgər problemi öz səviyyəsində həll etmək mümkün olmasa, məsələ şəxsən mənə çatdırılacaq və mən də bu məsələni həll edəcəyəm”, – deyib.

Belousov həmçinin bildirib ki, Rusiya Baş Qərargahının nümayəndəsi və Belqorod, Kursk və Bryansk hərbi hissələrinin komandirləri bölgədə yaşayan vətəndaşların pilotsuz uçuş aparatlarından və digər hücum maşınlarından qorunmasına cavabdehdirlər.

Avqustun 6-da Ukrayna ordusunun Rusiya ərazisinin Kursk bölgəsinə daxil olması ilə iki ordu arasında başlayan qarşıdurmalar davam edir.

 





21.08.2024    çap et  çap et