Vaxt.Az

“ABŞ Gürcüstanda “rəngli inqilab” planlaşdırır”


 

Gənc müxalifət qüvvələrinə əlavə maliyyə dəstəyi verilir

“ABŞ Gürcüstanda “rəngli inqilab” planlaşdırır” Rusiya Xarici Kəşfiyyat Xidməti ABŞ-ın Gürcüstandakı parlament seçkilərində “rəngli inqilab” planlaşdırdığını iddia edib. Rusiya Xarici Kəşfiyyat Xidmətinin (QRU) verdiyi açıqlamada oktyabrın 26-da Gürcüstanda parlament seçkilərinin keçiriləcəyi bildirilib.

Bəyanatda “ABŞ-ın Gürcüstanda seçki öncəsi vəziyyətdən razı qalmadığı” iddia edilib: "Amerikalılar Gürcüstanda rəngli inqilab təşkil etməyi planlaşdırır. Keçiriləcək aksiyalarda seçkilərdə saxtakarlığa yol verildiyi barədə məlumatlar üzə çıxarılacaq və hakimiyyət dəyişikliyi tələb olunacaq. Etirazları güc yolu ilə yatırmaq üçün hüquq-mühafizə orqanları təxribatlara məruz qalacaq. Vaşinqton seçki sonrası etirazlara rəhbərlik edəcək gənc müxalifət qüvvələrinə əlavə maliyyə dəstəyi verir”.

Açıqlamada hakim Gürcü Arzusu Partiyasının seçkilərdə xalqın etimadını qazana biləcəyi ifadə edilərək, “Bu səbəbdən sözügedən partiyanın seçkilərdə qələbə qazanmasının qarşısını almaq üçün səylər göstəriləcək. ABŞ seçki öncəsi Gürcüstana təzyiqlərini artıracaq və bəzi şəxslərə qarşı sanksiyalar tətbiq edəcək”, – deyilir.

 





26.08.2024    çap et  çap et