MAQATE-nin prezidenti Rafael Qrossi Rusiyanın Kursk vilayətindəki atom elektrik stansiyasına baş çəkdikdən sonra “nüvə fəlakəti” riskinin olduğunu və vəziyyətin ciddi olduğunu bildirib.
İki il yarımdır Rusiya qüvvələrinə qarşı döyüşən Ukrayna avqustun 6-da Rusiya sərhədləri daxilində hərbi əməliyyata başlayıb və Rusiyanın Kursk bölgəsinə daxil olub. Rusiya bəyan edib ki, Ukrayna sərhədindən cəmi 40 kilometr aralıda yerləşən elektrik stansiyası bu ay Rusiya ərazisinə daxil olan Ukrayna qüvvələri tərəfindən dəfələrlə hücuma məruz qalıb. Ukrayna hələlik bu ittihamlara cavab verməyib.
Atom elektrik stansiyasının normal şəraitə çox yaxın vəziyyətdə işlədiyini bildirən Qrossi, pilotsuz uçuş aparatlarının zərbələri ilə bağlı məlumatlandırıldığını bildirərək, stansiyanın fəaliyyətini davam etdirdiyini, lakin bunun vəziyyəti daha da ciddiləşdirdiyini qeyd edib.
Elektrik stansiyasının qoruyucu qübbəsinin olmamasının stansiyanı xarici təsirlərə qarşı müdafiəsiz qoyduğunu bildirən Qrossi beynəlxalq ictimaiyyəti nüvə stansiyalarına heç vaxt hücum etməməyə çağırıb.