Vaxt.Az

Pələng baxıcısına hücum edib


 

Park rəsmilərinin nadir adlandırdıqları hadisədə zərərçəkən qolundan və çiynindən yaralanıb

Pələng baxıcısına hücum edib Avstraliyada əyləncə parkında işləyən heyvan baxıcısı bazar ertəsi səhər pələngin hücumuna məruz qalıb, qolundan və çiynindən xəsarət alıb. Hadisə Kvinslendin sahilində, Kumera yaxınlığındakı “Dreamworld”də baş verib. Bu, vəhşi təbiət parkını da əhatə edən əsas turistik yerdir.

Qızıl Sahil Universiteti Xəstəxanasına aparılan 40 yaşlarında olan yaralı qadının vəziyyətinin stabil olduğu bildirilir.

Sentyabrın 2-də səhər saat 9 radələrində pələngə qulluq edən qadın böyük pişiyin hücumuna məruz qalıb, park rəsmiləri bunu nadir hadisə kimi qiymətləndiriblər.

"Dreamworld” rəsmiləri etiraf edib ki, parkdakı təlim keçmiş pələnglərdən biri ilə baxıcısı arasında insident baş verib. Komanda üzvünü qorumaq “Dreamworld”un ilk diqqət mərkəzindədir. Bu, nadir hadisədir və biz buna uyğun olaraq hərtərəfli araşdırma aparacağıq”.

“Queensland” Təcili Yardım Xidmətindən Castin Peyn, zədədən qanaxmanın əyləncə parkının ilk yardımçıları tərəfindən “çox yaxşı” idarə edildiyini söylədi: “Baxıcının rəngi olduqca solğun idi və özünü yaxşı hiss etmirdi, lakin xəstəxanaya apara bildik”.

“O, “Dreamworld”də təcrübəli və yüksək səviyyəli qayğı göstərənlərdən biridir. Biz onun yaxşı təlim keçdiyinə inanırıq və oradakı digər yardımçı heyətin ona yaxşı baxdığını görmək çox xoşdur”.

“Dreamworld”un 9 sumatran və benqal pələngləri var və parka gələnlər tunelləri seyr edərək onlara o qədər yaxın olur ki, hətta pələngin nəfəsi hiss oluur.

Park, 13 və daha yuxarı yaşlı ziyarətçilərin 15 dəqiqə maşa ilə pələngləri yedizdirə bilmək üçün ödənişli təcrübə təklif edir. 13-15 yaş arası ziyarətçiləri bu təcrübədə park əməkdaşı müşayiət etməlidir.

2011-ci ildə Kato adlı 9 yaşlı erkək benqal pələngi parkda iki ayrı gözətçini dişləmişdi.

 





03.09.2024    çap et  çap et