«Cim Bom»la «Kanarya»lılar arasında olan derbi bütün futbol aləmində məşhurdur. Fanatlarının rəyinə görə ölkə çempionatlarındakı ən məşhur derbilərin sıralamasında «Barselona» və «Real» (Madrid) qarşılaşması olan «El klassiko»dan sonra 2-ci «İstanbul derbisi» gəlir. Azarkeşlər oyunçularını rəqib komandaya qol vurduqdan sonra gerçək «Qalatasaray»lı və ya «Fənərbaxça»lı hesab edirlər. Bu oyunlarda gərginlik o qədər yüksək olur ki, stadionda və oradan kənarda hər zaman olaylar baş verir. Hətta bu hadisələr bəzən arzuolunmaz dərəcəyə çatır. Xəsarət alanlar, həyatını itirənlər olur. Bəs bu derbi haqqında hansı statistika ilə tanışıq? Vaxt.az türk mediasına istinadən sizi ilginc rəqəmlər və adlarla tanış edir. Beləliklə,
İlk oyun
«Fənərbaxça» - «Qalatasaray» 0-2 17 yanvar 1909
İlk qol
Emin Bülənt Sərdaroglu («Qalatasaray»)
Derbilərdə ən çox forma geyən futbolçu
Turqay Seren (56 dəfə «Qalatasaray»)
Derbinin ən çox bitdiyi hesab
1-0 69 dəfə
Ən fərqli nəticə
«Fənərbaxça» - «Qalatasaray» 0-7 (12 fevral 1911)
Ən çox qol vuran futbolçu
Zəki Rza Sporel («Fənərbaxça» 28 qol)
Ən qollu oyun
«Qalatasaray» - «Fənərbaxça» 4-4 (1983 və 2001)
En az seyrici olan oyun
14 nəfər 1922 (İttihatspor stadionu)
Derbilərdə ard-arda en cox qalib gələn komanda
«Qalatasaray» 7 oyun (1909-1913)
Bütün İstanbul derbilərində («Beşiktaş» klubu ilə olan oyunlar da daxil olmaqla)
ard-arda ən çox məğlub olan
«Fənərbaxça» – 18 oyun (1942-1946)