Vaxt.Az

Qaçaq yolla 3,1 ton qızıl


 

Braziliyada qanunsuz dəstəyə basqın edilib

Qaçaq yolla 3,1 ton qızıl Braziliya polisi Amazon meşələrindən qeyri-qanuni yolla çıxardıqları 3,1 tondan çox qızılı yumağa çalışan dəstə üzvlərinə basqınnəticəsində çoxlu sayda saxlanılan var.

Braziliya polisindən verilən açıqlamada ölkənin şimalındakı Para əyalətində yerli Yanomami bölgəsindən qeyri-qanuni yollarla qızıl çıxaran cinayət təşkilatının üzvü olduğu düşünülən dəstəyə qarşı basqın təşkil edildiyi qeyd olunub.

Açıqlamada, federal məhkəmədən alınan icazə çərçivəsində 33 yerdə reyd keçirildiyi və 13 nəfər haqqında həbs qərarı çıxarıldığı qeyd edilib.

Açıqlamada, basqınların Amzons, Roraima və Mato Grosso, eləcə də Para əyaləti kimi bir çox bölgədə həyata keçirildiyi və təxminən 3,1 ton qeyri-qanuni hasil edilmiş qızılın yuyulmasından əldə edilən yüz milyonlarla dollar dəyərində aktivin də ələ keçirdiyi bildirilib.

Açıqlamada bildirilib ki, basqınlar zamanı bir çoxu sənədsiz olan begemot, zürafə, antiplop və şir başı kolleksiyaları da müsadirə edilib.

 





11.09.2024    çap et  çap et