Blinken deyib ki, o, səfərindən birbaşa Ukrayna prezidenti Vladimir Zelenski və digər rəsmilərdən Kiyevin hazırkı müharibə məqsədləri və Vaşinqtonun kömək üçün nə edə biləcəyi barədə eşitmək üçün istifadə edəcək.
Blinken dünən Londonda Lammi ilə birgə keçirdiyi mətbuat konfransında, “Rusiya təcavüzkarlığını artırmağa davam edərkən, bu səfərin gərgin qarşıdurmaların ortasında Ukrayna üçün kritik bir addım olduğunu düşünürəm”, – deyib. Blinken Qərb ölkələrini Ukraynaya uzaqmənzilli raketlər verməyə və onların Rusiyadakı hərbi aerodromlar kimi hədəfləri vurmaq üçün istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb.
Səfər Blinkenin Londonda Rusiyanın İrandan ballistik raketlər aldığını və onlardan həftələr ərzində Ukraynada istifadə edə biləcəyini söyləməsi və Moskva ilə Tehran arasında əməkdaşlığın Avropanın təhlükəsizliyini təhdid etdiyi barədə xəbərdarlıq etməsindən bir gün sonra baş tutub.
İran və Rusiya arasında artan hərbi əməkdaşlığın bütün Avropa üçün təhlükə yaratdığını bildirən Blinken, Vaşinqtonun Rusiyaya ballistik raketlərin verilməsinin “böyük gərginliyə səbəb olacağı” barədə İrana xüsusi xəbərdarlıq etdiyini bildirib.
ABŞ dünən axşam saatlarında Rusiyaya raket ötürüdüyünə görə İrana qarşı sanksiyalar tətbiq edib. Blinken Vaşinqtonun Ukraynaya Rusiyanın dərinliklərində uzaqmənzilli silahlardan istifadə etməyə icazə verib-verməyəcəyini söyləməkdən imtina edib.
Zelenski bu ayın sonunda ABŞ-a gedəcək və planını prezident Co Baydenə və noyabrda prezidentliyə namizədlərə təqdim edəcək və o, açıqlanmayan planın müharibəni sona yaxınlaşdıracağına ümid edir.