Vaxt.Az

Pezeşkianın ilk xarici səfəri


 

İran prezidenti İraqın müqəddəs şəhərlərini də ziyarət edəcək

Pezeşkianın ilk xarici səfəri İran prezidenti ilk xarici səfərini İraqa edib. Məsud Pezeşkian səfəri zamanı Bağdadda İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ilə də görüşüb.

İraq Baş Nazirliyinin mətbuat xidmətindən verilən yazılı açıqlamaya görə, Sudani və Pezeşkian arasında Hökumət Sarayında keçirilən görüşdə iki ölkə arasında əməkdaşlıq və ortaqlıq səviyyələrinin yaxşılaşdırılmasına yönəlmiş məsələlər qiymətləndirilib.

Sudani sabitlik, inkişaf naminə regionda iqtisadi və təhlükəsizlik problemləri ilə mübarizə aparmaq üçün iki ölkə arasında ikitərəfli işlərin vacibliyini bildirib.

İran prezidenti həmçinin İranın ikitərəfli əlaqələri gücləndirmək, iki ölkə arasında əməkdaşlıq proqramları və anlaşma memorandumunu davam etdirmək istəyini vurğulayıb. Pezeşkian həmçinin Sudaniyə İran lideri Əli Xameneyinin mesajı olan lövhə təqdim edib və İraqa “Ərbəin səfəri” zamanı göstərilən qonaqpərvərliyə görə təşəkkür edib.

Seçildikdən sonra ilk xarici səfərini İraqa edən Pezeşkian, prezident Əbdüllətif Rəşid, Parlament sədri vəzifəsini icra edən Muhsin Mendelavi və bəzi siyasi liderlərlə də görüşəcək. İran prezidenti həmçinin Nəcəf, Kərbəla, Bəsrə və Ərbilə də səfər edəcək.

 





11.09.2024    çap et  çap et