Vaxt.Az

Rusiyadan ixraca məhdudiyyətlər


 

Putin uran, titan və nikelin xarici bazarlara çıxarılmasına qarşıdır

Rusiyadan ixraca məhdudiyyətlər Putin paytaxt Moskvada Rusiya hökumət rəsmiləri ilə görüşdə ölkə iqtisadiyyatı ilə bağlı danışıb.

Rusiyanın Qərb ölkələrinin sanksiyalarına cavab olaraq kənd təsərrüfatı məhsullarının ixracına müxtəlif məhdudiyyətlər qoymağa başladığını xatırladan Putin, “Bu, ilk mərhələdə təəssüf ki, daxili bazarda qiymətlərin müəyyən qədər artmasına səbəb oldu, lakin sonradan ölkənin kənd təsərrüfatı sektorunun inkişafına öz töhfəsini verdi”, – deyib.

Rusiya sənayesində də analoji prosesin getdiyini bildirən Putin, “Şirkətlərimiz sənaye məhsullarının idxalını məhdudlaşdıraraq müəyyən sektorları ələ keçirib və bəzən bazarımıza nisbətən ucuz mal təmin edən tərəfdaşlarımızdan daha effektiv hərəkət edirlər”, – deyib.

Rusiyaya bəzi məhsulların tədarükü ilə bağlı məhdudiyyətlərin olduğuna diqqət çəkən Putin, “Bəlkə biz də müəyyən məhdudiyyətlər qoymalıyıq. Uran, titan, nikel və digər məhsulların xarici bazarlara tədarükünə müəyyən məhdudiyyətlər qoyulması məsələsini dəyərləndirməliyik”, – deyib.

Putin deyib ki, mümkün məhdudiyyətlər Rusiyaya zərər verməyəcək şəkildə həyata keçirilməlidir. Rusiyanın qlobal uran istehsalında 8 faiz, titan istehsalında 13 faiz, nikel istehsalında isə 7 faiz payı var.

 





11.09.2024    çap et  çap et