“Coinmarketcap” analiz şirkətinin məlumatına görə, qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində 1 faiz azalaraq 1 trilyon 990 milyard dollara düşüb.
Analitiklər, bazarın kriptovalyutalara dəstək nümayiş etdirən Tramp və Harris arasındakı ilk canlı yayım debatı səbəbiylə gerilədiyini bildirib.
Amerika mediası CNN tərəfindən aparılan sorğuya görə, debatı izləyən qeydiyyatdan keçmiş seçicilərin 63 faizi Harrisin daha yaxşı çıxış etdiyini düşünür.
İyulun 28-də verdiyi açıqlamada Tramp bildirib ki, o, ABŞ-ın “planetin kriptovalyuta paytaxtı və dünyanın “Bitcoin” super gücü” olmasını təmin etməyi planlaşdırır.
Digər tərəfdən qlobal bazarlarda davam edən tənəzzül narahatlıqlarının kriptovalyuta bazarına da mənfi təzyiqlər yaratdığı bildirilir.
Bakı vaxtilə 14:00-a olan məlumata görə, son 24 saatda qiymətində 0,75 faiz ucuzlaşan Bitcoin 56 min 684 dollar səviyyəsinə düşüb.
Bazar dəyərinə görə ikinci sırada olan “Ethereum”, son 24 saatda yüzdə 0,85 dəyər itirərək 2 min 329 dollar səviyyəsinə düşüb.