“Reuters”in verdiyi məlumata görə, nazirlik məsciddə namaz qılandan sonra “xuliqanlıq motivi” olan bir şəxsin Əbdülkadirzadəni bıçaqladığını bildirib.
Nazirlik müftinin yüngül xəsarət aldığını və tibbi müayinədən keçdikdən sonra xəstəxanadan buraxıldığını açıqlayıb. Bildirilib ki, polis hücum edən şəxsi həbs edib və hadisə ilə bağlı cinayət işi açıb.
61 yaşlı Əbdülqadirzadə 2010-cu ildən ölkənin ali islam qurumu olan İslam Mərkəzi Üləma Şurasına rəhbərlik edir. Taciklərin əksəriyyəti Hənəfi məzhəbinə mənsub sünnilərdir.