Vaxt.Az

Səhiyyə işçilərinə silahlı hücum


 

2 nəfər həlak olub

Səhiyyə işçilərinə silahlı hücum Pakistanın şimal-qərbində peyvənd kampaniyası aparan tibb işçilərinə silahlı hücum nəticəsində iki nəfər həlak olub. Pakistan mediasının məlumatına görə, Əfqanıstanla sərhəddə, silahlı hücum Hayber Paxtunxva əyalətinin Bacaur rayonunun Salarzai kəndində poliomielit əleyhinə peyvənd kampaniyası aparan tibb işçilərinə edilib.

Polis qüvvələrinin verdiyi açıqlamada silahlı şəxslərin atəş açması nəticəsində 1 polis və 1 tibb işçisinin həlak olduğu bildirilib. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Effektiv peyvənd kampaniyaları sayəsində bir çox ölkədə aradan qaldırılan və ya xeyli azalan poliomielit halları hazırda peyvənd əldə etmək imkanının məhdud olduğu Əfqanıstan və Pakistanda baş verməkdə davam edir.

Pakistanda tez-tez rast gəlinən tibb işçilərinə hücumlar peyvənd kampaniyalarını da pozur.

Ölkədə həftənin əvvəlində yeni poliomielit peyvəndi kampaniyasına başlanıb və 30 milyon uşağa peyvənd ediləcəyini açıqlanıb.

 





12.09.2024    çap et  çap et