Vaxt.Az

Blinken Ukraynanın lobbiçiliyini edəcək


 

Zelenski ümid edir ki, Bayden Rusiya daxilində hücumlara icazə verəcək

Blinken Ukraynanın lobbiçiliyini edəcək Ukrayna prezidenti Vladimir Zelenski bu ayın sonunda ABŞ prezidenti Co Baydenlə görüşərkən Rusiya ərazisinə dərin zərbələr endirmək üçün silah istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması çağırışını səsləndirəcəyini bildirib.

“Bloomberg” xəbər agentliyinin məlumatına görə, Zelenski dünən (sentyabrın 11-də) Kiyevdə ABŞ dövlət katibi Entoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə məsələni müzakirə etməzdən əvvəl verdiyi açıqlamada, “Təəssüf ki, bu, mənim nikbinliyimdən asılı deyil. lakin onların nikbinliyinə bağlıdır”, – deyib.

ABŞ administrasiyası iki il yarımdır davam edən müharibənin qızışmasından qorxaraq Rusiya ərazisinin dərinliklərində silahların yerləşdirilməsinə və istifadəsinə qarşı çıxmaqda davam edir. Lakin Moskvanın İrandan ballistik raketlər aldığını bəyan etməsindən sonra Blinken Kiyevin tələblərinə cavab vermək üçün danışıqlar aparacağını açıqlayıb.

Zelenski Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində Baydenlə görüşünə “inamlı” olduğunu bildirib.

 





12.09.2024    çap et  çap et