Vaxt.Az

Niyə AMEA, niyə alimlər?


 

Tarixçi alimdən etiraz

Niyə AMEA, niyə alimlər? Son günlər sosial şəbəkələrdə AMEA-nın adının hallandırılması akademiyada işləyən bir çox alimin etirazına səbəb olub. Öz araşdırmaları ilə, tarixi yazıları ilə tanınmış alim, dosent Zaur Əliyev bu məsələyə ilk etiraz edənlərdən oldu. Onun yazısını təqdim edirik.

“Son günlər elmi-tarixi yazılar az yazıram, çünki çox inciyirəm, həvəsdən düşürəm. Elə hiss edirəm ki, nə qədər yazsam da ölkə üçün lazımsız adamam.

Bəzi insanlar görürəm yazırlar ki, Azərbaycanda elmlər akademiyasında alimlər çalışmırlar. Əlbəttə, nöqsanlar hər bir idarədə var, hər bir sistemdə var. Lakin məni maraqlandıran bir sual var:

Ölkədə müxtəlif dövlət qurumların nəzdində nə qədər elmi müəssisə və mərkəz olmasına baxmayaraq niyə məhz AMEA və niyə biz hədəf alınırıq? Başa düşmək olmur ki, nə Azərbaycan elmi haqqında deyilən bütün tənqidi fikirlər yalnız AMEA-a ünvanlanır.

Lakin nəzərə almaq lazımdır ki, respublikada 130-dan çox elmi müəssisə, AMEA-da isə cəmi 11 elmi tədqiqat institutu var. Məqsəd elmin inkişafıdırsa buyurun tabeçiliyinizdə olan işləri də siz də ortaya qoyun, Elmlər Akademiyası da. Görün nə qədər elmi işlər, elmi araşdırmalar, kitablar, məqalələr, xaricdə məqalələr dərc edilib AMEA-da.

AMEA-nı elə adamlar ittiham edirlər ki, ömürlərində elmi bir əsər oxumayıblar. Ay balam AMEA ölkənin zehni mərkəzidir. Amea alimləri bu ölkənin müstəqilliyini quran və qoruyan insanlardır. Amea alimləri ermənilərə qarşı informasiya müharibəsində ortaya ciddi işlər qoyan şəxslərdir. Bəli, Amea nöqsanlar var, bu nöqsanların bazasını isə maddi zəiflik durur.

AMEA-da çalışanlar ömürlərini elmə həsr edənlərdir. İllərdir aşağılayıcı maaşa baxmayaraq elmi atmamış və öz peşələrinə sevgilərini qoruyub saxlamışlar.

Dünyada elmə ayrılan diqqət bizdə AMEA üçün ayrılsa idi biz indi böyük işlər görmüşük idi. Ayda 300-600 manat arası maaş alan, heç bir sosial dəstəyi olmayan alimlər hələ bu qədər işlər görür, kitablar yazılır, tədqiqatlar ortaya qoyulur, xaricdə nüfuzlu jurnallarda məqalələr dərc edilir. Bu qədər zəhməti niyə görməzdən gəlirsiz?

Onsuz da Azərbaycanda ən aşağı təbəqə, ən son yerdə duran şəxslər alimlərdir. Ölkədə bir çox sahələr var ki, maaşları az olsa da öz sahələri üzrə gəlir əldə edə bilirlər. Məsəl üçün orta məktəb müəllimləri də az maaş almasına baxmayaraq repetitorluq edib pul qazana bilər, həkimlər özəl xəstəxanada işləyib pul qazana bilər. Fəhlələr də günə ən azı 20 manat qazana bilər. Aylıq hesablasaq 250-500 manat maaş alan alimlər (500 alan elmi dərəcəsi və elmi adı olanlardır, ölkə də cəmi minə qədər ola olmaya )ən aşağı təbəqə sayılır. Humanitar və ictimai elmlər sahəsində çalışan biz alimlərin heç yerdən gəlir əldə etmək imkanımız yoxdur. Ölkədə alim zavallı və zəlil şəxslərdir. Bunu niyə görməzdən gəlib AMEA-nın üstünə düşmüsünüz?

Buna baxmayaraq AMEA-nın Beynəlxalq reytinqlərdə göstərilən elmi məhsuldarlığı digər elmi müəssisələrin və ali məktəblərin birlikdə əldə etdikləri elmi məhsuldarlıqdan daha da üstündür.

 





12.09.2024    çap et  çap et