Açıqlamada bu gün uçuşu olanlardan hava limanına gəlməmələri istənilib və sərnişinlərin bilet aldıqları şirkətlərlə əlaqə saxlamaları qeyd edilib.
Hava limanının baqaj, qeydiyyat, yanacaq doldurma və təhlükəsizlik kimi xidmətlərində çalışanları təmsil edən həmkarlar ittifaqları keçən həftə tətil keçirilə biləcəyi barədə xəbərdarlıq etmişdilər.
Dünən hava limanının rəhbərliyi sentyabrın 12-də tətil olacağı və xidmətlərdə fasilələr olacağı barədə xəbərdarlıq edib və sərnişinlərdən uçuşların vəziyyətini diqqətlə izləmələrini istəyib.
Hava limanının rəhbərliyi sərnişinlərə yalnız kabin baqajını özləri ilə götürməyi tövsiyə edib.
Tətil səbəbindən bəzi uçuşların ləğv ediləcəyi və yerüstü xidmətlərdə fasilələrin olacağı gözlənilsə də, bütün uçuşların ləğv ediləcəyi nəzərdə tutulmurdu.
İşçilər iş şəraitinin yaxşılaşdırılmasını, həddindən artıq yüklənmənin azaldılmasını və rəhbərliyin sərt münasibətini dəyişməsini tələb edirlər.