Vaxt.Az

Qırmızı cizgilər


 

Putin müstəqillik tarixində ilk dəfə Sibirdə nüvə sınaqlarına yaşıl işıq yandıra bilər

Qırmızı cizgilər Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ABŞ və Avropa ölkələrinin Ukraynaya verdikləri raketlərlə Kiyevə Rusiyanın içərilərinə doğru zərbələr endirməsinə icazə vermələrini cavabsız qoymayacaq. Rusiya rəsmiləri yenə “qırmızı çizgilərdən” danışırlar. Ancaq Putin və onun ətrafı bu dəfə nisbətən ehtiyatlı açıqlamalar verməyə çalışır, Qərb ölkələrini nüvə silahıyla təhdid etmirlər.

Bütün hallarda Putin özünün və ölkəsinin imicini qorumaq üçün Rusiya ərazisinə atılan Qərb raketlərinə qarşı nəsə etməlidir. Rusiya müstəqilliyini qazandıqdan bu yana nüvə sınaqları keçirməyib. Putin müstəqillik tarixində ilk dəfə Sibirdə nüvə sınaqlarına yaşıl işıq yandıra bilər. Kreml nüvə sınaqları vasitəsilə Qərbi Ukraynaya hərbi dəstəyi artırmaqdan çəkindirməyə çalışacaq. Bundan başqa Putinin əmri ilə Ukrayna infrasturkturlarına raket zərbələrinin sayı artırılacaq. Məqsəd qış aylarında Ukrayna vətəndaşlarının elektrik və istilikdən istifadələrini məhdudlaşdırmaqdır. Putin yaxın keçmişdə olduğu kimi ABŞ və Avropa ölkələrinə kiberhücumların sayının artırılmasını da əmr edə bilər.

Buna baxmayaraq, Kremlin cavab tədbirləri Rusiyanın Ukrayna müharibəsində qələbəsini təmin etməyəcək. Vaşinqtonun Ukraynaya Rusiya ərazilərinə ABŞ raketləri zərbələr endirməsinə icazə qərarını İranın Rusiyaya ballistik raketlər verməsi sürətləndirdi. Mövcud qarşıdurmanın dayandırılmasının tək yolu var: Putin Rusiya ordusunun Ukrayna ərazisinə hücum əməliyyatlarını dayandırmağı əmr verməlidir. Kreml sahibi hələ belə əmr verməyə hazır deyil.

 





14.09.2024    çap et  çap et