Vaxt.Az

“Həsiri basma, dolan gəl”


 

Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...

“Həsiri basma, dolan gəl” Moskva Qərbə xəbərdarlıq edib ki, Ukraynaya uzaqmənzilli silahlardan istifadə etməklə Rusiya ərazisinin dərinliklərinə hücumlar təşkil etmək üçün yaşıl işıq yandırmasın. Rusiya prezidenti Vladimir Putin deyib ki, “bu, Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Moskva ilə birbaşa müharibəyə girməsi demək olacaq”. Kremlin sözçüsü Dmitri Peskov Putinin xəbərdarlığının çox aydın olduğunu bildirib. “Bu bəyanatın nəzərdə tutulan tərəflərə çatdığına şübhə etmirik”, – Peskov bildirib.

Həm ABŞ, həm də Qərb rəsmilərinin son bəyanatları göstərir ki, Ukraynanın Rusiyanın daxilində dərindən zərbələr endirə biləcək silahlardan istifadəsinə mane olan məhdudiyyətlər “qismən” aradan qaldırıla bilər. Məlumata görə, Qərb mediası rəsmilərin ABŞ prezidenti Co Baydenin Ukraynaya ABŞ silahından istifadə etmədən hücumlar həyata keçirməsinə zəmin hazırlamağa hazırlaşdığını bildirib. Onlar qeyd ediblər ki, Bayden Kiyevə ABŞ texnologiyası əsasında Böyük Britaniya və Fransa raketlərindən istifadə etməyə icazə verməyə hazırdır, lakin ABŞ istehsalı olan raketlərdən istifadə etməyəcək. Yəni Azərbaycan təbiri ilə desək “həsiri basma, dolan gəl”.

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Qərb Ukraynanı hədəf alan Rusiya raketləri və pilotsuz təyyarələrinin vurulmasında rolunu ictimaiyyətə açıqlamaqdan çox “qorxur”, İsrail isə İran tərəfindən hücuma məruz qalanda bunu etdi. Zelenski “Onlar “hətta biz bunun üzərində işləyirik” deməkdən qorxurlar”, – deyib.

 





14.09.2024    çap et  çap et