Vaxt.Az

Kəndirbazın fərasəti


 

İp üzərində qitədən-qitəyə keçdi

Kəndirbazın fərasəti Estoniyalı atleti, slacklining (kəndirbaz) üzrə 3 qat dünya çempionu Yaan Ruz İstanbulda Asiya qitəsindən Avropa qitəsinə sıx ip üzərində addımlayıb.

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi və Avtomobil Yolları Baş İdarəsinin dəstəyi ilə keçirilən “Continental Pass” tədbirində Yaan Ruz “15 İyul Şəhidləri” körpüsünün üstü ilə dəniz səviyyəsindən 165 metr yüksəklikdə, 1074 metrlik xüsusi iplə 47 dəqiqəyə Asiya qitəsindən Avropaya keçməyi bacarıb. Beləliklə, Ruz iplə qitələrarası keçid edən ilk şəxs olub.

Estoniyalı idmançı qitəni keçdikdən sonra Türkiyə bayrağı ilə iplə kiçik gəzinti də edib.

“Red Bull” idmançısı Yaan Ruz gəzintidən sonra verdiyi açıqlamada, “Boğazın minlərlə illik mədəni əhəmiyyəti və inanılmaz təbii gözəlliyi var. Bunu dəyişkən hava şəraiti və güclü dəniz axınları ilə birləşdirərək, ip üzərində gəzmək üçün unikal bir yerə çevrildi. Mən tarix yazdım, buna görə də çox xoşbəxtəm”, – dedi.

Ruz keçən il Qətərdə dünyanın ən uzun tək tikili boşluqlarını keçmişdi.

 





15.09.2024    çap et  çap et