Qəzet yazır ki, Rusiyanın işğal etdiyi torpaqlar çox münbitdir və işğalçılar əkinçilərdən ya ucuz qiymətə, ya da zorla məhsulu alıblar.
Bu vəziyyətdən Rusiyanın tərəfdaşlarının faydalandığı üzə çıxıb. Bildirilib ki, Krım qubernatorunun oğlu, keçmiş peşəkar güləşçi Mixail Qanaqanın “Aqro-Fregat” MMC şirkəti işğal altındakı Ukrayna torpaqlarından İsrail, Suriya və İrana taxıl aparıb.
İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə əlaqəli bir şirkət vasitəsilə həyata keçirilən satışlar da qeyd edilib.
Taxıl soyğununu araşdırmasında Ukrayna prokurorlarına kömək edən “Project Expedite Justice” qeyri-hökumət təşkilatından Paskal Turlan bu ticarətdən qazanc əldə edənlərin müharibəni maliyyələşdirdiyini bildirib: “Müharibə sanki öz-özünə qidalanır. Bu qeyri-qanuni ticarət Kremlin başçılıq etdiyi himayə sisteminə pul gətirir ki, bu da işğalın davam etməsinə şərait yaradır”.
Ukraynanın Kənd Təsərrüfatı Nazirliyi Moskvanın onlardan 800 milyon dollar oğurladığını hesablasa da, “Texty” qeyri-hökumət təşkilatı Rusiyanın Ukrayna taxılından əldə etdiyi gəlirin 6,4 milyard dollara çata biləcəyini iddia edir.
Ukrayna rəsmiləri Misir, İsrail və Livanı diplomatik təzyiqlərlə taxıl qaçaqmalçılığından əl çəkməyə razı sala bildiklərini iddia edirlər.
İran və Suriya bu sanksiyalara əməl etməyəcəklərini bildirirlər. Bu ay Moskvaya ballistik raketlər göndərməyə başlayan Tehran bunun müqabilində taxıl alır.
***
Rusiya səlahiyyətliləri bu ilin birinci yarısında Ukraynadan aldıqları Mariupoldan Türkiyəyə 81 min ton buğda daşıyan 15 gəmi göndərdiklərini bildirirlər.
Ankara gəmilərin işğal olunmuş ərazilərdən gəlməsini qadağan etdiyini bildirir.
Ukrayna prokuroru İqor Ponoşovniy türklərə məxsus, Kamerun bayrağı altında üzən “Usko MFU” adlı gəmi Rusiyanın ilhaq etdiyi Krımın Sevastopol şəhərindən qaçaqmalçılıq yolu ilə taxıl daşımaqda şübhəli bilinərək iyun ayında Ukrayna sularına daxil olarkən həb edilib. Hazırda hadisəylə bağlı istintaqa başlayıb.
Xəbərdə kapitana “Yükün Krımdan gəldiyini gizlədin” kimi əmr verildiyi də iddia edilir.
BƏƏ-də yerləşən “Helios Plus” şirkətinin adı da Türkiyə ilə bağlı hallandırılır. İki ildir işğal altındakı Ukrayna torpaqlarından qaçaqmalçılıq yolu ilə buğda daşıyan şirkətin taxılın Türkiyə, BƏƏ və Kosta Rika kimi ölkələrə satdığı iddia edilir.
Hökumətin təşviqlərinin təsiri ilə Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracı keçən il 43,5 milyard dollara çataraq, ölkənin ixracatında enerji məhsullarından sonra ən böyük paya sahib olub.
Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına görə, 2000-ci ildən bəri ölkədə ümumi kənd təsərrüfatı istehsalı 87 faiz, taxıl və ət istehsalı da sözügedən dövrdə iki dəfə artıb.
Ölkə bu il 132 milyon ton məhsul yığmağı və ən mühüm ixrac məhsullarından olan 60 milyon ton taxıl ixrac etməyi planlaşdırır.