“German News”un verdiyi məlumata görə, iddia qaldıran Argentinanın Demokratiyanın Müdafiəsi Forumu bildirib ki, “Argentina məhkəmə sistemi insanlığa qarşı cinayətlər ittihamı ilə Nikolas Maduro, Diosdado Kabello və Venesuela hökumətinin digər liderlərinin həbsinə qərar verib”.
Buenos-Ayres Federal Məhkəməsinin yerli mətbuatda dərc olunan 20 səhifəlik qərarının əsaslandırmasında isə deyilir: “Məlum olub ki, Venesuela ən azı 2014-cü ildən bəri inkişaf etmiş mülki əhalinin bir hissəsinə qarşı sistematik bir planda zülm, zorla insan qaşırılması, işgəncə, qətl və təqiblərhəyata keçirili”.
Argentinalı hakimlər öz qərarlarını bəşəriyyətə qarşı cinayətlər işində tətbiq olunan universal yurisdiksiya prinsipinə əsaslandırıblar.
Digər tərəfdən, dünən Venesuela Ali Məhkəməsi Argentina prezidenti Xavyer Meli, təhlükəsizlik naziri Patrisiya Bullriç və prezidentin bacısı və müşaviri Karina Melinin çirkli pulların yuyulması ittihamı ilə həbs edilməsinə qərar verib.
İyulun 28-də keçirilən və seçicilərin saxtakarlığı ilə bağlı geniş ittihamlarla müşayiət olunan mübahisəli prezident seçkilərindən sonra Buenos Ayres və Karakas arasında böyük mübahisə yaşanıb.
Seçkilərdən sonra iki argentinalı diplomat Venesueladan deportasiya edilərkən, Buenos Ayres Haaqa Beynəlxalq Cinayət Məhkəməsini Nikolas Maduronun həbsinə order verməyə çağırıb.