Vaxt.Az

Pezeşkiyanın İsrail bəyanatı


 

Gərginliyi azaltmaq istəyi ilə bağlı çıxışdan sonra İranda gərginlik yaranıb

Pezeşkiyanın İsrail bəyanatı İran prezidenti Məsud Pezeşkianın ölkəsinin İsraillə gərginliyi azaltmağa hazır olduğu barədə açıqlamaları yayıldı. İran hökuməti bu bəyanatların doğruluğunu təkzib etsə də, bu ölkədə geniş müzakirələrə səbəb olub.

Pezeşkiyan bazar ertəsi (sentyabrın 23-də) Baş Assambleyanın iclaslarına qatılmaq üçün Nyu-Yorka gəldikdən sonra Amerika mətbuatına açıqlama verib. “Bloomberg” agentliyi Pezeşkiana istinadən yazıb ki, İran “qarşı tərəfdən oxşar öhdəlik gördüyü müddətcə, İsraillə gərginliyi azaltmağa hazırdır”.

Pezeşkianın “İsrail silahları yerə qoysa, İran da eyni addımı atmağa və təhlükəsizliyi təmin etmək üçün beynəlxalq təşkilatın bölgəyə gəlməsinə hazırdır”, – dediyi səs yazısı yayılıb.

İranın xarici işlər naziri Abbas Araqçı “düşmən” kanalını və İsrailin hesablarını mübahisəyə səbəb olmaqda ittiham edib. Dünən axşam dövlət televiziyasına verdiyi açıqlamada Araqçı, “Pezeşkianın açıqlamalarına baxın. Onlar İsrailin cinayətlərini qınamağa və xarici siyasətimizin əsas prinsiplərindən biri olan müqavimət oxunu dəstəkləməyə yönəlib”, – deyib.

 





25.09.2024    çap et  çap et