Vaxt.Az

78 PUA və 6 raketlə ...


 

... Rusiyadan Ukraynaya hava zərbəsi

78 PUA və 6 raketlə ... Rusiyanın Ukraynaya hücumları intensiv şəkildə davam edir. Ukrayna rəsmiləri Rusiyanın gecə ərzində 78 pilotsuz təyyarə və 6 raketlə hücuma keçdiyini bildirib.

Gecə boyu həyata keçirdiyi hücumlarda 1 nəfər ölüb, 12 nəfər yaralanıb. Rusiyanın hücumlarında paytaxt Kiyevin Odessa, Zaporojya, Xerson, Donetsk, Xarkov, Sumi və İvano-Frankovsk şəhərləri hədəfə alınıb.

Ukraynanın daxili işlər naziri İqor Klimenkonun verdiyi açıqlamaya görə, Rusiya qüvvələrinin Odessa vilayətində həyata keçirdiyi raket hücumu nəticəsində bir nəfər ölüb. Zaporojya şəhərində idarə olunan bombalı hücumda 1-i uşaq olmaqla 8 nəfər yaralanıb, 12 bina dağıdılıb, 18 nəfər təxliyə edilib. Xerson şəhərində baş verən hücumda iki nəfər yaralanıb. Paytaxt Kiyevdə Rusiyaya məxsus pilotsuz təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər xəsarət alıb, 4 mənzil və 20 avtomobilə ziyan dəyib. Nazir Klymenko Rusiyanın Donetsk, Xarkov, Sumi və İvano-Frankovsk şəhərlərini də hədəf aldığını açıqlayıb.

İvano-Frankivsk vilayətinin qubernatoru Svitlana Onışçuk Rusiyanın kritik infrastruktura zərbə vurduğunu və şəhərin qərbindəki bəzi məntəqələrdə elektrik enerjisinin kəsildiyini bildirib.

Ukrayna ordusu hava hücumundan müdafiə sistemlərinin 66 pilotsuz uçan aparatı və 4 raketi məhv etdiyini bildirib.

 





26.09.2024    çap et  çap et