Vaxt.Az
Zəlimxan Yaquba böyrək köçürüləcək
Xalq şairi Almaniyaya ağır əməliyyata gedir
Xalq şairi Zəlimxan Yaqub iyulun 11-də Almaniyaya gedəcək. Bu barədə AzNews.az-a o özü məlumat verib. Xalq şairinin sözlərinə görə, Almaniyada ona yeni böyrək köçürülməsinin vaxtını dəqiqləşdirəcəklər.Z.Yaqub bildirib ki, Almaniyadakı müalicəsi zamanı ona iki il vaxt qoyubmuşlar: “Demişdilər ki, iki ilə bədən bərpa olunar. Yəqin, indi bədənim bərpa olunar”.
Səhhətinin gündən-günə yaxşılaşdığını deyən xalq şairi bildirib ki, bundan sonra tədbirlərdə, telekanallarda da görünməyə başlayacaq. “Bu gün İctimai Televiziyada bir verilişdə iştirak etdim. “Ozan” verilişində Azərbaycan aşıq sənətinin keçmişi, bu günü, sabahı və taleyindən bəhs edildi. Aşıq Mehdi, Aşıq Cahangir və mən birlikdə olanları müzakirə etdik”.
19.06.2013 çap et