Vaxt.Az

Suares mundialla vidalaşdı


 

Uruqvaylının dişi başına bəla oldu

Suares mundialla vidalaşdı Beynəlxalq Futbol Federasiyası Uruqvay millisinin hücumçusu Luis Suaresi 4 ay müddətinə futboldan kənarlaşdırıb.


Axar.az xəbər verir ki, Suares İtaliya ilə matçda Giorgi Kellinin çiynindən dişlədiyi üçün 9 oyun milli komandanın matçlarından, 4 ay isə futboldan kənarlaşdırılıb. Suaresin futboldan kənarlaşdırılması onun bu idman növü ilə bağlı bütün yarışlardan xaric edilməsi deməkdir.

Qeyd edək ki, Luis Suares daha əvvəldə Ayaksda oynadığı zaman Otman Bakkalı, Liverpulda Çelsi ilə matçlardan birində İvanoviçi dişləmişdi.

 





26.06.2014    çap et  çap et