Vaxt.az «ANS Press»ə istinadən xəbər verir ki, bu haqda informasiyanı Siyəzən Fövqəladə Hallar Komissiyasının sədri, Siyəzən RİH başçısının müavini Zəfər Əliyev yayıb.
Onun sözlərinə görə, yanğını söndürmək üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Siyəzən rayon dövlət yanğından mühafizə xidmətindən, Sumqayıtdan və qonşu Şabran və Xaçmaz rayonlarının hər birindən 2 yanğınsöndürən maşın əraziyə cəlb edilib.
Rayon ərazisindəki su maşınları da meşə massivinin söndürülməsi əməliyyatında iştirak edirlər.
FHN-in xəttilə yanğın ocağına helikopterlərin də cəlb ediləcəyi gözlənilir.
Yanğının başlamasına səbəb kimi havaların isti keçməsi göstərilir.
Meşə massivində başlayan yanğının yaşayış evlərinə keçməməsi üçün ərazidə qabaqlayıcı tədbirlər görülür.