Qeyd edək ki, aktrisa xərçəng xəstəliyindən əziyyət çəkib. Bu gecə onun vəziyyəti ağırlaşmışdı. Əməkdar artistin ailə üzvlərinin ANS PRESS-ə verdikləri məlumata görə, gecə ərzində bir neçə dəfə həkim çağırılıb. Lakin həkimlər onun üçün heç nə edə bilməyəcəklərini deyiblər.
Aktrisa sabah müalicə olunmaq üçün İsrailə getməli idi. Onun müalicəsi Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutmalı idi.
Bundan öncə isə aktrisa Türkiyədə müalicə almışdı.